Litva sərhədçilərini Latviyaya göndərdi

Dünya

05.08.2024 12:35

Litva Latviyanın xahişi ilə qeyri-qanuni miqrasiya ilə mübarizəyə kömək etmək üçün bir qrup sərhədçini bu ölkəyə göndərib. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotaite məlumat verib.

"Biz latviyalı həmkarlarımıza kömək etməliyik ki, Qərbi Avropa ölkələrinə ikinci dərəcəli miqrasiya ilə üzləşməyək" deyə Bilotaite bildirib.

Nazir göndərilən sərhədçilərin sayı ilə bağlı dəqiq rəqəm açıqlamayıb. 

Litva Sərhəd Xidmətinin məlumatına görə, 2024-cü ildə Baltikyanı ölkələrlə Polşa sərhədində 24 minə yaxın qeyri-qanuni mühacir qeydə alınıb. 

Günəş Mərd

tag: Litva, Latviya,Aqne Bilotaite, Daxili İşlər Nazirliyi, Baltikyan, todaypress.az,