Litva Rusiya ilə sərhəddə təhlükəsizliyi gücləndirir
Litva hökuməti Rusiya ilə sərhəddə infrastrukturu gücləndirəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin daxili İşlər naziri Vladislav Kondratoviç bildirib.
Onun sözlərinə görə, sərhəddə videomüşahidə avadanlıqlarını yeniləmək üçün 16 milyon avro ayrılıb. Litva həmçinin Suvalki dəhlizi adlanan strateji ərazidə – Kalininqrad ilə Belarus arasındakı bölgədə də təhlükəsizlik tədbirlərini artırır.
Qeyd olunub ki, bu addımlar Rusiyadan gələn mümkün təhdidlərə qarşı atılır.
Türkan İsgəndərli
tag: Litva,Rusiya,Sərhəd,Belarus,Todaypress.az,