Litva Rusiya ilə müqaviləni ləğv edir
Dünya
15.08.2024 19:00
Litvanın Maliyyə Nazirliyi hökuməti Rusiya və Belarusla gömrük əməkdaşlığına dair razılaşmaları pozmağa çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “Kauno Diena” məlumat yayıb.
Litva Ukraynada münaqişənin başladığı gündən Rusiya və Belarusla transsərhəd ticari-iqtisadi əməkdaşlığı dayandırıb. Buna görə də Vilnüs sazişlərin denonsasiyasını məqsədəuyğun hesab edib.
Xatırladaq ki, müqavilələr təxminən 20 il əvvəl bağlanıb.
Töhfə Səməd
tag: Litva, Ukrayna,Rusiya, Belarus, Vilnüs, todaypress.az,