Litva Rusiya ilə 30 illik dəniz müqaviləsini ləğv etdi

Dünya

23.10.2024 18:55

1062

Litva Rusiya ilə ticarət gəmiçiliyi haqqında bağladığı “Ticarət Gəmiçiliyi Sazişi” müqaviləsini 30 il sonra ləğv edib. 

TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. 

Litvanın Baş naziri İnqrida Simonytın sözlərinə görə, hazırda iki ölkə arasında transsərhəd ticarət-iqtisadi əməkdaşlıq tamamilə dayandırılıb və bu da sazişin denonsasiyası üçün əsas yaradır.

Qeyd edək ki, “Ticarət Gəmiçiliyi Sazişi” iki keçmiş sovet respublikası tərəfindən 1993-cü ildə imzalanıb.

Günəş Mərd

tag: Litva, Rusiya,İnqrida Simonyt,Ticarət Gəmiçiliyi Sazişi, Saziş, todaypress.az,