Litva qərarını verdi: Kasteli bombalardan istifadə ediləcək

Dünya

18.07.2024 13:40

Litva kasetli hərbi sursatlar haqqında Konvensiyadan çıxmağa qərar verib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.   

“Litva bu cür mərmilərin döyüş meydanında istifadəsini qadağan edən Konvensiyanı pisləyir. Respublika Seyminin əksəriyyəti sazişdən çıxmağa səs verib” deyə məlumatda qeyd olunub.

Litvanın müdafiə nazirinin müavini Renius Pleskisin sözlərinə görə, müqavilənin ləğvi hər cür çəkindirmə və müdafiə imkanlarından istifadə etmək zərurətindən irəli gəlir. Litvanın konvensiyaya üzv olmasından sonra ölkənin təhlükəsizliyinə təhdidlər artıb.  

Xatırladaq ki, Litva 2011-ci ildə kaset bombalarından istifadə edilməməsi haqqında Konvensiyaya qoşulub. Bu günə qədər Rusiya ilə həmsərhəd olan ölkələrdən yalnız Litva və Norveç hələ də kasetli sursatlardan istifadə edilməməsini dəstəkləyirdi.  

Günəş Mərd

tag: Litva, Renius Pleskis, Norveç, Konvensiya, todaypress.az,