Litva PUA-ları Ukraynaya təhvil verəcək

Dünya

11.08.2024 17:16

2258

Vilnüs payızda Litvada istehsal olunan ilk hərbi pilotsuz təyyarələri Kiyevə təhvil verəcək.   

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, “First Person View” pilotsuz uçuş aparatları sentyabrın ikinci yarısında Ukrayna Silahlı Qüvvələrinə (AFU) təhvil veriləcək.

Bildirilir ki, dronlar operatora real vaxt rejimində cihazın kameralarından çəkilmiş şəkli görməyə imkan verəcək.   

Günəş Mərd 

tag: PUA,Ukrayna,Litva,silah,todaypress.az,

photo