Litva prezidenti: "Seçki Gürcüstanı Aİ ilə yaxınlaşdırmayacaq"
Dünya
27.10.2024 16:21
Litva prezidenti Gitanas Nauseda ölkədə keçirilən parlament seçkilərindən sonra Gürcüstanın Avropayönlü kursuna şübhə ilə yanaşıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS məlumat yayıb.
“Gürcüstanda bu seçkilərin nəticələrinin Avropa İttifaqı ilə yaxınlaşma ilə heç bir əlaqəsi yoxdur. Avropayönlü kursun mümkünlüyü barədə danışmağa ehtiyac yoxdur” Nauseda bildirib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin son il yarım ərzində apardığı siyasət Avropa İttifaqından tam uzaqlaşma nümayiş etdirib.
Günəş Mərd
tag: Gürcüstan,Avropa İttifaqı,Hakimiyyət,