Litva Netanyahunu həbs etməyə söz verdi

Dünya

26.11.2024 17:54

İsrailin baş naziri Benyamin Netanyahu Litvaya səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs olunacaq. 

TodayPress xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi (XİN) bildirib.

Qeyd olunub ki, bu tələb Roma Statutunu imzalamış dövlətlər üçün məcburidir. 

Həmçinin vurğulanıb ki, Litva ICC-nin işini dəstəkləyir, onun müstəqilliyinə və qərəzsizliyinə hörmət edir. 

Günəş Mərd

tag: İsrail, Baş nazir,Benyamin,Litva, ICC, todaypress.az,