Litva: “NATO-nun razılığı olmadan Ukraynaya qoşun göndərmək olar”
Dünya
27.11.2024 13:40
Avropa ölkələrinin Ukraynaya qoşun göndərmək üçün NATO-nun razılığına ehtiyacı yoxdur.
TodayPress “UNİAN”a istinadən xəbər verir ki, bunu Litvanın Şimali Atlantika Alyansındakı səfiri Deyvidas Matulionis deyib.
“Ukraynaya qoşun göndərmək milli qərardır və bir qrup ölkə bu təşəbbüsə qoşulmaq üçün koalisiya yarada bilər. NATO-nun bunu təsdiq etməsi vacib deyil” o, qeyd edib.
Eyni zamanda diplomat bildirib ki, hələlik Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsi sadəcə fikir olaraq səsləndirilir. Bu mövzu NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə yenidən gündəmə gətirilə bilər.
Günəş Mərd
tag: Ukrayna, Litva, Atlantika, NATO, todaypress.az,