Litva NATO-nun Baltikyanı missiyasına dəstək olacaq
Dünya
14.01.2025 17:36
Litva öz hərbi gəmisini və vertolyotunu NATO-nun Baltikyanı ölkələrdə kritik enerji işlərini qorumaq missiyasında iştirak etmək üçün göndərəcək.
TodayPress xəbər verir ki, bu barədə respublika prezidenti Gitanas Nausedanın mətbuat xidməti məlumat yayıb.
“Litva öz milli imkanları ilə növbətçi gəmi və helikopter göndərməklə NATO-nun kollektiv səylərinə töhfə verməyə hazırdır” bəyanatda deyilir.
Litva Prezidenti, həmçinin kritik infrastruktura ziyan vuran gəmilərə qarşı tədbirlər görməyə imkan verəcək beynəlxalq hüququn uyğunlaşdırılmış və daha geniş regional şərhinin işlənib hazırlanmasına çağırış edib.
Günəş Mərd
tag: NATO, Litva, Gəmi ,Vertolyot, Baltikyanı, todaypress.az,