Litva NATO-nu ittiham etdi
Dünya
09.09.2024 13:10
Litva Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqis Şimali Atlantika Alyansı müttəfiqlərini fəaliyyətsizlikdə ittiham edib.
TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Heç bir mərmi, silah Ukraynaya, Latviyaya və ya NATO ərazisinə düşməməlidir. Bizim susqunluğumuzun və hərəkətsizliyimizin nəticəsində bu cür hallar daha geniş miqyaslı xarakter ala bilər” deyə diplomat bildirib. Onun sözlərinə görə, üç il əvvəl pilotsuz təyyarələrlə bu cür insidentlər ağlasığmaz görünürdü.
Qeyd edək ki, sentyabrın 8-də Latviya prezidenti Edqars Rinkeviç Rusiyanın pilotsuz uçuş aparatının ölkənin şərqinə düşdüyünü iddia etmişdi.
Günəş Mərd
tag: Litva,XİN,Qabrielius Landsberqis,NATO,Şimali Atlantika Alyansı,Ukrayna,Latviya,