Litva Macarıstanı hədələdi

Dünya

31.07.2024 17:47

Litva Rusiya və Belarus vətəndaşlarının ölkəyə girişi ilə bağlı məsələyə yenidən baxdığına görə Macarıstanı regional təzyiqlə hədələyib.

TodayPress xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis məlumat yayıb. 

Landsberqis bildirib ki, Vilnüs birtərəfli addımlar atmaq niyyətində deyil, lakin regionun digər ölkələri ilə razılaşaraq birlikdə Budapeştə təzyiq göstərə bilərlər. O, əlavə edib ki, Litva əvvəllər olduğu kimi regional həll yolu tapmağa davam edəcək.

Landsberqiin sözlərinə görə, Litva ilk dəfədir ki, təzyiq dili ilə danışır. Çünki heç bir ölkə bu günə qədər Macarıstan kimi hərəkət etməyib.

Qeyd edək ki, narazılıqlar Macarıstanın ruslar üçün Şengen vizasını ləğv edəcəyi ilə bağlı xəbərlərin çıxmasından sonra başlayıb. 

Töhfə Səməd

tag: Litva, Macarıstan, Landsberq, Vilnus, Budapeşt, todaypress.az,