Litva, Latviya və Estoniya səfirləri Gürcüstan XİN-ə çağırıldı

Dünya

03.12.2024 17:50

Gürcüstan Xarici İşlər Nazirliyi gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqindən sonra Litva, Latviya və Estoniyanın Gürcüstandakı səfirlərini çağırıb.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.   

Bildirilib ki, Baltikyanı ölkələrin diplomatları Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılana qədər mətbuata rəsmi şərh verməkdən imtina ediblər. 

Qeyd edək ki, dekabrın 2-də Latviya, Litva və Estoniya Gürcüstanda etirazların zorakılıqla yatırılmasında iştirak edənlərə qarşı sanksiyalar tətbiq edib.  

Günəş Mərd

tag: Gürcüstan, XİN, Estoniya, Latviya, Litva, todaypress.az,