Litva kəşfiyyatçıların Rusiyaya səfərlərini qadağan edəcək
Dünya
25.09.2024 15:55
Litva məxfi məlumatlarla işləyən işçilərin dost olmayan ölkələrə səyahətini qadağan etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Litva Radio və Televiziyası” (LRT) məlumat yayıb.
Seym dövlət və rəsmi sirr haqqında qanuna müvafiq dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.
Litva Müdafiə Nazirliyinin məlumatına görə, məxfi strukturların əməkdaşlarının gedə bilməyəcəyi dövlətlərin siyahısına artıq hərbi qulluqçuların və məmurların girişi qadağan edilən ölkələr - Rusiya, Belarus və Çin də daxil olacaq.
Siyahıda göstərilən ölkələrə səyahət üçün xüsusi icazənin verilməsi təklif olunur. Qadağa 56 min məmura, eləcə də Litva Atıcılar İttifaqının üzvlərinə şamil oluna bilər.
Qadağaları pozanlar məxfi məlumatlarla işləmək hüququndan məhrum ediləcək. Layihənin qəbul olunmasına daha bir oxunuş qalıb.
Günəş Mərd
tag: Litva ,Müdafiə Nazirliyi ,Rusiya, Belarus ,Qadağalar ,todaypress.az,