Litva hərbi xərclərinə 20 milyon avro ayıracaq

Dünya

26.07.2024 16:28

Litva bu il müxtəlif növ döyüş və kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün əlavə 20 milyon avro ayırmağa hazırlaşır.

TodayPress xəbər verir ki, bu barədə Litva müdafiə naziri Laurynas Kasciunas məlumat yayıb. 

“Bu, bizə pilotsuz təyyarələr üzrə təlimatçıların hazırlanması prosesində yeni keyfiyyət səviyyəsinə yüksəlməyə imkan verəcək” deyə o, bildirib.

Xatırladaq ki, Litvanın Müdafiə Nazirliyi pilotsuz təyyarələrin imkanlarını inkişaf etdirmək səyləri çərçivəsində bu il artıq Litvanın İHA istehsalçılarına 10 milyon avro ayırıb.

Töhfə Səməd

tag: Litva, Hərbi, Laurynas Kasciunas, Təlimat, todaypress.az,