Litva hərbi infrastruktur layihələrinə əlavə pul ayırdı

Dünya

31.07.2024 16:52

2185

Litva Nazirlər Kabineti hərbi infrastruktur layihələri üçün əlavə 7 milyon avro ayırıb.

TodayPress “TASS”a istinadən xəbər verir ki, müvafiq qərar ölkə hökumətinin iclasında qəbul edilib.

Nazirlər Kabineti Müdafiə Nazirliyinin və Müdafiə Ehtiyatları Agentliyinin kommersiya banklarındakı əmanətləri üzrə faizlərdən əlavə vəsaitin ayrılacağına aydınlıq gətirib. 

Qeyd edilir ki, vəsait Litvaya gələn NATO müttəfiqləri üçün hərbi mobillik və infrastruktur layihələrinin həyata keçirilməsinə sərf olunacaq.

Töhfə Səməd

tag: Litva, Hərbi, Müdafiə Agentliyi,NATO, Vəsait, todaypress.az,