Litva Belarus müxalifətinin pasportunu tanımadı
Dünya
22.01.2025 18:30
Litvanın Xarici İşlər Nazirliyinin rəhbəri Kestutis Budris Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskayanın təklif etdiyi Belarus müxalifətinin pasportunu ölkəsinin sənəd kimi tanımayacağını bildirib.
TodayPress "Sputnik"ə istinadən xəbər verir ki, o, bunu Seymin Xarici Əlaqələr Komitəsinin iclasında bildirib.
Bildirilib ki, komitə iclası bəzi litvalı parlamentariləri qəzəbləndirən, üzərində atlı təsvir olunmuş Litvanın gerbinə bənzəyən pasportların dizaynına görə başlayıb.
Tixanovskaya bir müddət əvvəl Belarusun Rusiyanın zəif nöqtəsi olduğunu deyib. O, bildirib ki, Qərb Belarusa problem kimi deyil, Rusiyaya təzyiq etmək imkanı kimi baxmalıdır, çünki bu, onların zəif nöqtəsidir.
Töhfə Səməd
tag: Litva,Belarus,Xarici Əlaqələr Komitəsi,todaypress.az,