Litva Belarus avtomobillərinə qadağa qoydu

Dünya

16.08.2024 12:05

Avqustun 16-dan etibarən Belarusda qeydiyyatda olan bütün minik avtomobillərinin Litvaya girişi qadağan edilib.

TodayPress xəbər verir ki, bu barədə Belarusun Sərhəd Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, qadağa sürücünün milliyyətindən asılı olmayaraq minik avtomobillərinə şamil edilir.

Töhfə Səməd

tag: Belarus, Litva, Sərhəd Komitəsi, Qadağa, Avtomobillər,