Liman işçiləri tətilə başladılar – Almaniya portları iflic oldu
Almaniyanın şimalındakı bir neçə limanın, o cümlədən Avropanın ən böyük portlarından olan Hamburqun işçiləri kütləvi tətillərə başlayıblar. Onlar əmək haqqının artırılmasını tələb ediblər.
TodayPress xəbər verir ki, Hamburq ilə yanaşı, Brak, Bremen, Bremerhaven, Emdendəki limanların işi iflic olub. Konteyner terminallarında boşaltma və yükləmə aparılmır.
“Verdi” Həmkarlar İttifaqı, azı bir il müddətinə müqavilə bağlayan işçilərin 3 iyundan etibarən maaşlarını saatda 1 avro artırmasını və gecə iş müavinətlərini çoxaldılmasını tələb edir.
tag: Almaniya, Brak, Bremen,Həmkarlar İttifaqı, Dünya, todaypress.az,