Liberiyada 50-yə yaxın məhbus həbsxanadan qaçdı
Dünya
10.09.2024 00:50
Liberiyanın Kakata mərkəzi
həbsxanasından 47 məhbus qaçıb.
TodayPress xəbər verir ki, bu barədə “Front Page Africa” məlumat yayıb.
İlkin araşdırmalara görə, məhbuslar
müəssisədəki təhlükəsizlik pozuntusu səbəbindən qaçıblar.
Ədliyyə Nazirliyi Liberiya Milli
Polisi və həbsxana rəhbərliyi ilə əməkdaşlıq edərək pozuntunun səbəbini müəyyən
etmək üçün hərtərəfli araşdırmaya başlayıb.
Qeyd edək ki, həbsxanada qaçan
şəxslərin tezliklə tutulması üçün tədbirlər görülür.
tag: Liberiya, Məhbus, Polis, Kakata,todaypress.az,