Leysan yağışları Gürcüstanda fəsadlar yaratdı - Torpaq sürüşməsi baş verdi

Dünya

18.06.2024 17:35

1245

Gürcüstan ərazisində yağan güclü leysan yağışları və dolu regionlarda bir sıra ciddi problemlər yaradıb. 

TodayPress xəbər verir ki, Kvemo Kartli və Laqodexi bölgələrində kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib. Kvemo Svaneti bölgəsində torpaq sürüşməsi baş verib. Bölgədə nəqliyyatın hərəkəti iflic olub. Elektrik və qaz xətlərinin sıradan çıxması səbəbindən bir neçə kəndə elektrik enerjisi və təbii qazın verilməsi dayandırılıb.

Hidrometeorologiya xidməti havanın yenidən pisləşəcəyi barədə məlumat yayıb.

tag: Gürcüstan, Leysan, Kvemo Kartli, Laqodexi,Dünya,todaypress.az,