Lesli fırtınası güclənir
Dünya
05.10.2024 09:01
Atlantik okeanında Lesli tropik qasırğası güclənərək Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya çatıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi (NHC) məlumat yayıb.
Mərkəzin məlumatına görə, tufan Kabo-Verdedən 1170 km cənub-qərbdə, mərkəzi Atlantik okeanında əmələ gəlib.
Hazırda 11 km/saat sürətlə şimal-qərbə doğru hərəkət edir. Qasırğa daxilində küləyin maksimal sürəti 34 m/s-ə çatır.
Günəş Mərd
tag: ABŞ, Lesli, Atlantik, Qasırğa ,Kabo-Verde ,todaypress.az,