Le Penin partiyası qalib gəldi – Makron üçüncü oldu

Dünya

01.07.2024 10:53

2564

Fransada keçirilən parlament seçkilərinin ilk turunda sağçı Marin Le Penin lideri olduğu “Milli Birlik” partiyası və müttəfiqləri 33,4% səs toplayaraq qalib gəlib. 

TodayPress xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb. 

Solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 27,98 faiz səslə ikinci, prezident Emmanuel Makronun koalisiyası isə 20,76 faiz səslə üçüncü olub.

Parlament seçkilərinin ilk nəticələri elan edildikdən sonra “Qara blok” hərəkatının tərəfdarları Parisdə aksiya keçiriblər. Radikallar iaşə obyektlərinin şüşələrini sındırıb, zibil qutularını yandıriblar. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Qeyd edək ki, Fransa Milli Assambleyasına seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib. 

Günəş Mərd

tag: Fransa, Makron, Qara blok, Dünya, todaypress.az,