“Le Monde” Qərbin Ukraynaya olan dəstəyini etiraf etdi

Dünya

25.11.2024 14:16

Ukrayna Silahlı Qüvvələri Qərbin uzaqmənzilli raketlərindən Qərbin “ərazidəki dəstəyi” olmadan Rusiyanı vurmaq üçün istifadə edə bilməz. 

TodayPress xəbər verir ki, bu barədə “Le Monde” qəzeti mənbələrə istinadən yazıb.

Belə ki, Britaniyanın "Storm Shadow" və Fransanın “SCALP” qanadlı raketləri Ukrayna Hərbi Hava Qüvvələrinin “Su-24” bombardmançılarına yüklənməzdən əvvəl proqramlaşdırılmalıdır. Bu kontekstdə nəşr ABŞ administrasiyasının ATACMS taktiki ballistik raketlərini Rusiya Federasiyasının dərinliklərinə endirmək icazəsini xatırladıb. Qəzetin mənbələri Qərbin “ərazidəki dəstəyi” dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Töhfə Səməd

tag: Ukrayna, Qərb, Raketlər, Rusiya,todaypress.az,