Le Monde: “Fransa Putinin xəbərdarlığını eşitdi”

Dünya

14.09.2024 17:00

2572

Fransa rəsmiləri Rusiya prezidenti Vladimir Putinin Rusiya ərazisinə uzaqmənzilli silah zərbələri endiriləcəyi təqdirdə qaçılmaz eskalasiya ilə bağlı xəbərdarlığını eşidib və Üçüncü Dünya müharibəsinin başlamasından boyun qaçırmaq istəyirlər. 

TodayPress xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Biz Üçüncü Dünya müharibəsindən uzaqlaşmaq üçün mümkün olan hər şeyi etməliyik, buna baxmayaraq, biz rusların hərbi əməliyyatların miqyasını genişləndirə biləcəyini istisna edə bilmərik” deyə nəşrin həmsöhbəti Rusiya prezidentinin müvafiq bəyanatlarını şərh edib.

Eyni zamanda, Rusiya ərazisinə uzaqmənzilli silah zərbələri endiriləcəyi ilə bağlı mediada genişlənən müzakirələrə baxmayaraq, Paris rəsmi səviyyədə susmaqda davam edir. Qəzet etiraf edir ki, müvafiq mövzu Fransa prezidenti Emmanuel Makronla ukraynalı həmkarı Volodimir Zelenski arasında baş tutan söhbət zamanı qaldırıla bilərdi, lakin Yelisey sarayı bununla bağlı açıqlama vermək istəmir. 

Töhfə Səməd

tag: Le Monde ,Fransa ,Putin,Makron, Zelenski, Yelisey, todaypress.az,