Lavrovdan Almaniyaya ultimatum: “Suallarımızı cavablandırın”
Dünya
19.08.2024 15:22
“Almaniya hakimiyyəti “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin partlaması ilə bağlı Rusiya tərəfinin suallarına cavab verməlidir”.
TodayPress xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Tələb olunan məlumatlar rəsmi kanallar vasitəsilə verilməyəndə və eyni vaxtda bir neçə alman mediasında yayımlananda bu, bütün bunların səhnələşdirildiyini göstərir” deyə Rusiya XİN rəhbəri bildirib.
Lavrovun fikrincə, bu, cəmiyyətin diqqətini terror aktlarının əsl səbəbkarlarından yayındırmaq məqsədi daşıyır.
Qeyd edək ki, artıq Almaniyanın BMT-nin antiterror konvensiyalarından irəli gələn öhdəliklərini yerinə yetirməsi məsələsi qaldırılıb.
Töhfə Səməd
tag: Rusiya, Almaniya, XİN,BMT, Lavrov, todaypress.az,