Lavrov: “Ukraynanın sülhlə bağlı bəyanatlarına şübhə edirəm”
Dünya
27.07.2024 12:36
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevin Moskva ilə danışıqlara hazır olması barədə bəyanatına cavab verib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Lavrov Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu bəyan edən Ukrayna xarici işlər naziri Dmitri Kulebanın sözlərinə şübhə etdiyini açıqlayıb.
“Bu yaxınlarda onlar danışıqlardan söz açıblar. Zelenski sonda Rusiya nümayəndələri ilə danışıqlara hazır olduğunu qeyd edib. Düzünü desəm, mən onlara inanmıram” deyə Lavrov, əlavə edib.
Bundan əvvəl Kuleba çinli həmkarı Vanq Yi ilə söhbətində Ukraynanın Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, dialoq ədalətli və davamlı sülhə nail olmağa yönəlməlidir.
Töhfə Səməd
tag: Lavrov, Ukrayna, Rusiya, Zelenski, Kuleba, todaypress.az,