Lavrov Türkiyənin vasitəçilik məsələsinə aydınlıq gətirdi

Dünya

01.11.2024 10:04

“Ankaranın Ukrayna müharibəsində vasitəçilik etmək istəyi ilə yanaşı, Kiyev ilə hərbi-texniki əməkdaşlığı çaşdırıcı vəziyyət yaradır”.

TodayPress xəbər verir ki, bunu “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Təəssüf ki, Türkiyə Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərini və mülki şəxslərini öldürmək üçün istifadə olunur. Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması ilə bağlı bəyanatlarını nəzərə alsaq, bu, çaşqınlıq yaradır” deyə o, bildirib.

Töhfə Səməd

tag: Ankara, Ukrayna, Kiyev, Türkiyə, todaypress.az,