Lavrov Türkiyənin BRİCS-ə qoşulmaq niyyətini qiymətləndirdi

Dünya

06.09.2024 09:56

“Türkiyənin BRİCS-ə qoşulmaq niyyəti ciddidir”.

TodayPress xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBK”ya müsahibəsində danışıb.

Bununla yanaşı, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Türkiyənin BRİCS-də tam iştirak üçün ərizə verdiyini və hazırda baxıldığını təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcəyi də xəbər verilmişdi.

Töhfə Səməd

tag: Sergey Lavrov, Rusiya, Türkiyə,BRİCS,todaypress.az,