Lavrov Suriyanın Qolan təpələrinin itirdiyini bildirdi
Dünya
04.02.2025 18:05
Donald Trampın ABŞ prezidentliyinə qayıdışı Qolan təpələrinin Suriyaya qaytarılması ehtimalını azaldıb.
“İsrail İordan çayının qərb sahilində hərbi əməliyyatlarını davam etdirir. İsrailin planlarında fələstinliləri Qəzza zolağından çıxarmaqla yanaşı, İordan çayının şimal-qərb sahilini tamamilə öz nəzarətinə almaq da var” deyə Lavrov bildirib.
Xatırladaq ki, 2024-cü il noyabrın 28-də Suriya müxalifətinin silahlı qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı başlatdığı irimiqyaslı hücum nəticəsində Bəşər Əsəd rejimi süquta uğrayıb.
Bunun ardınca İsrailin Baş naziri Benyamin Netanyahu İsrail qüvvələrinin Suriya ilə sərhəddəki bufer zonaya yeridilməsi və onun tam ələ keçirilməyi barədə göstəriş verib.
Nicat Osman
tag: Rusiya,XİN,İsrail,Qolan,Qəzza,Todaypress.az,