Lavrov: "Rusiyanın səbri tükənir"
Dünya
28.11.2024 09:51
"ATACMS Rusiyaya qarşı uzun müddət sınaqdan keçirilsə, Rusiyanın səbri tükənəcək".
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bizim xalqımızın xarakterini əks etdirən yaxşı atalar sözü var: “iki ölçüb, bir biç” – deyə o qeyd edib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə proqnozlaşdırıb ki, ABŞ və NATO-nun Ukraynadakı münaqişənin tamhüquqlu iştirakçıları kimi tanınması anı artıq yaxındır. O vurğulayıb ki, Qərb ölkələri Rusiyanın strateji cəhətdən məğlub ola biləcəyi illüziyası altındadır, lakin nüvə gücünə qalib gəlmək olmaz.
Günəş Mərd
tag: Lavrov, Rusiya, NATO, ABŞ, Ukrayna, todaypress.az,