Lavrov Rusiyanın “qırmızı xətlər”i ilə zarafat etməməyə çağırdı

Dünya

04.09.2024 16:10

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonu Ukrayna məsələsində Rusiyanın “qırmızı xətlər”i ilə zarafat etməməyə çağırıb.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Rusiya XİN rəhbərinin sözlərinə görə, ABŞ Rusiya ilə qarşılıqlı hörməti itirməyə başlayıb. Bu isə olduqca təhlükəlidir.

 “Ağ Evdə heç kimin onlara toxunmayacağına dair genetik bir inam var ki, bu, sonradan Rusiya Federasiyası ilə yenidən təsdiq edilən və inkişaf etdirilən strateji sabitliyə dair sovet-amerika müqavilələrinin əsaslandığı bütün prinsipləri məhv edir” deyə nazir əlavə edib.

Töhfə Səməd

tag: Rusiya, XİN, ABŞ, Ukrayna,Lavrov ,todaypress.az,