Lavrov: Rusiya Suriyaya hərbi yardımı davam etdirir
Dünya
07.12.2024 23:03
Rusiya Suriyaya hərbi yardım göstərir.
TodayPress xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumunda bildirib.
“Rusiya Suriyaya Xmeymimdə yerləşən
Aerokosmik Qüvvələrinin köməyi ilə hərbi yardım edir. Biz Suriya hərbçilərinə
terror hücumlarına qarşı müqavimət göstərməkdə kömək edirik” Lavrov vurğulayıb.
Noyabrın 27-də “Cəbhət ən-Nusra” ekstremist qruplaşması Suriyanın şimalında böyük hücum həyata keçirib.
Dekabrın 5-də Suriya Silahlı Qüvvələrinin
komandanlığı silahlıların Həmanın bir neçə məhəlləsinə soxulduğunu açıqlayıb.
Komandanlığın verdiyi açıqlamaya görə, Həmanı müdafiə edən hökumət qüvvələri
şəhərdən çıxarılıb.
tag: Həman, Suriya, Rusiya,Lavrov, todaypress.az,