Lavrov: Rusiya dialoqa girmək istəyən istənilən ABŞ lideri ilə işləyəcək
“Rusiya onunla dialoqa girmək
istəyən istənilən seçilmiş ABŞ lideri ilə işləyəcək.”
TodayPress xəbər
verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik
Şurasının iclaslarında sədr kimi iştirakından sonra BMT-də keçirdiyi mətbuat
konfransında deyib.
“Rusiya prezidenti Vladimir
Putin bunu bir neçə dəfə deyib. Biz ABŞ-da xalq tərəfindən seçilən və bərabərhüquqlu,
qarşılıqlı hörmət əsasında dialoqa hazır olan istənilən ABŞ lideri ilə işləməyə
hazırıq” deyə Lavrov bildirib.
O xatırladıb ki, Moskva ilə
Vaşinqton arasında sanksiya müharibəsi ABŞ prezidenti Barak Obamanın dövründə
başlayıb. Növbəti lider Donald Trampın dövründə daha çox iqtisadi və diplomatik
məhdudiyyətlər var idi, lakin məhdudiyyətlərin tətbiqi ilə paralel olaraq
Rusiya ilə ABŞ arasında ən yüksək səviyyədə dialoq da olub.
Xatırladaq ki, ötən gün Donald Tramp “Bloomberg“ə müsahibəsində demişdi ki, onun Putinlə yaxşı münasibətləri var və Moskva ilə Vaşinqton arasında qarşılıqlı əlaqə heç vaxt münaqişələr tərəfindən təhdid edilməyib. O, həmçinin bildirib ki, anti-Rusiya sanksiyalarının tərəfdarı deyil və onları bəyənmir.
tag: ABŞ, Rusiya, Prezident, Lavrov, todaypress.az,