Lavrov: “Qərb Ukraynanı ultimatum daxilində saxlamağa çalışır”
Dünya
12.09.2024 15:50
“Rusiya Ukrayna böhranının həllinə sadiqdir, lakin vicdanlı diplomatiya ilə məşğul olmaq üçün qarşılıqlı iradə görmür”.
TodayPress xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna üzrə dəyirmi masa formatında diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib.
“Qərb hər cür vəchlə Ukraynanı ultimatum çərçivəsində saxlamağa çalışır” deyə o, bildirib.
Töhfə Səməd
tag: Rusiya, Ukrayna, Qərb ,Sergey Lavrov,Xarici İşlər Nazirliyi, todaypress.az,