Lavrov Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşəcək
Dünya
27.09.2024 05:22
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin
baş katibi Antonio Quterreş sentyabrın 26-da keçiriləcək görüşdə Yaxın Şərqdəki
böhran, Ukraynadakı vəziyyət və bir sıra digər məsələləri müzakirə edəcəklər.
TodayPress xəbər verir ki, bu barədə “RİA Novosti” təşkilatının baş
katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikə istinadən yazıb
Nyu-Yorkda danışıqların gündəmindəki mövzular arasında
“Yaxın Şərq və Ukraynadakı vəziyyət, eləcə də bir sıra digər qlobal problemlər”
var.
Bir gün əvvəl Sergey Lavrov bildirmişdi ki, BMT rəhbərliyi
ukraynalıların Qərb silahları ilə dinc sakinləri bombaladığı Kursk vilayətinə
hücumla bağlı susmağa üstünlük verir.
Onun sözlərinə görə, dünya təşkilatının hüquq müdafiə
strukturlarının əməkdaşları bu halları mediada şərh edərkən standart bəhanə gətirirlər.
Aynur TAC
tag: Lavrov, BMT, Ukrayna, ABŞ, Rusiya, todaypress.az,