Lavrov: "NATO-nun Əfqanıstana qayıtması qəbuledilməzdir"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Atlantika Alyansının (NATO) hərbi infrastrukturunun Əfqanıstana qaytarılması ilə bağlı xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, o, bu barədə Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
Lavrov bu cür addımların region üçün ciddi təhlükə yarada biləcəyini bildirib.
“Müxtəlif bəhanələrlə NATO ölkələrinin hərbi infrastrukturunu Əfqanıstana qaytarmaq cəhdləri yolverilməzdir. Bu, yeni "saatlı bomba" yarada bilər” deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, belə addımlar regionda sabitliyi poza, təhlükəsizliyə ciddi təhdid yarada bilər. Lavrov NATO-nun bu istiqamətdə atdığı hər hansı addımın diqqətlə izlənildiyini də qeyd edib.
Türkan İsgəndərli
tag: Rusiya,Sergey Lavrov,NATO,Əfqanıstan,Todaypress.az,