Lavrov: “Fransa və İsveçrənin “Sülh Dostları” toplantısında iştirakı qəribədir”
Dünya
29.09.2024 09:40
“Ukraynadakı münaqişəni həll etmək üçün Çin və Braziliyanın təşkil etdiyi “Sülh Dostları” toplantısında İsveçrə və Fransanın iştirakı təəccüb doğurur”.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov onları Ukrayna ilə bağlı neytral ölkələr kimi tanımaqdan imtina edib.
“Mən yalnız bir şeyi başa düşmürəm: fransızlar və isveçrəlilər bu görüşdə necə iştirak ediblər?! İsveçrəliləri uzun müddət neytral adlandırmaq olmaz, fransızlar isə NATO- nun sadəcə üzvləridir” deyə o, qeyd edib.
Günəş Mərd
tag: Rusiya,Fransa,İsveçrə,Ukrayna,Todaypress.az,