Lavrov: "Fransa Rusiyaya gizli siqnallar verir"
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Fransa bəzən Rusiya ilə münasibətlərdəki problemləri həll etmək istədiyinə dair siqnallar verir, lakin bunu açıq şəkildə deyil, “pıçıltı ilə” edir.
TodayPress xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Nazir əlavə edib ki, bir sıra fransız siyasətçiləri Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü çərçivəsində Rusiyaya səfər etmək istədiklərini bildiriblər.
Lavrov bunu iki ölkə arasında tarixi yaddaşa və ümumi baxışlara hörmətin göstəricisi kimi qiymətləndirib.
Türkan İsgəndərli
tag: Rusiya,XİN,Sergey Lavrov,Fransa,todaypress.az,