Lavrov: Fransa kiminsə məsləhəti ilə Durovu saxladı
“Fransa hakimiyyəti Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə kiminsə məsləhəti ilə saxlayıb”.
TodayPress xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, “Telegram”ın təsisçisi Pavel Durovun Fransada saxlanmasını şərh edib.
Lavrovun sözlərinə görə, “Telegram” platforması olduqca rahatdır. Xarici işlər nazirinin fikrincə, Durovun saxlanması tətbiqin həqiqətən də qorunduğunu sübut edir.
Töhfə Səməd
tag: Fransa, Telegram, Pavel Durov, Rusiya, Sergey Lavrov, todaypress.az,