Lavrov Əfqanıstanın aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırdı
Dünya
04.10.2024 13:25
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbi Əfqanıstanın mənimsənilmiş aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb.
TodayPress xəbər verir ki, Lavrov bu barədə Əfqanıstanla bağlı Moskva formatında keçirilən toplantıda deyib.
O, həmçinin qeyd edib ki, Rusiya tərəfi Əfqanıstanın regionda terrorizmlə mübarizə səylərini dəstəkləyir.
"Rusiya Federasiyası Əfqanıstan hakimiyyətinin regionda terror təhlükəsinin qarşısını almaq üçün səylərini dəstəkləyir" deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, Əfqanıstanla bağlı Moskva formatında keçirilən toplantıda Taliban hökumətinin xarici işlər naziri səlahiyyətlərini icra edən Əmir Xan Möttəki də iştirak edir.
tag: Sergey Lavrov ,Rusiya, Xarici İşlər Naziri, Əfqanıstan ,Moskva ,todaypress.az,