Lavrov BMT-yə Ukrayna ilə bağlı çağırış etdi
Dünya
27.09.2024 09:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə onu dünya təşkilatının strukturlarının nümayəndələrinin Ukrayna ilə bağlı “psevdosülh təşəbbüslərinə” cəlb olunmasına imkan verməməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik bildirib ki, Lavrov bir daha rəhbərliyin və BMT Katibliyinin bütün əməkdaşlarının Ukrayna münaqişəsi ilə bağlı qərəzsizlik və bərabər məsafəlilik prinsiplərinə ciddi riayət etməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, sentyabrın 25-də Quterreş Ukraynada sülhün BMT və beynəlxalq hüquq əsasında mümkün olduğunu bildirib.
Günəş Mərd
tag: Rusiya, Ukrayna ,BMT ,Lavrov ,Quterreş, Sülh, todaypress.az,