Lavrov BMT TŞ-dəki müzakirələrə sədrlik edəcək

Dünya

01.07.2024 18:05

İyulun 16 və 17-də Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının nazirlər səviyyəsində debatlarına Rusiyanın xarici işlər naziri Sergey Lavrov sədrlik edəcək.

TodayPress xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə üç mərkəzi tədbir planlaşdırılır.İlk iki tədbirə Sergey Lavrov sədrlik edəcək. Qeyd olunan üçüncü tədbir - BMT və KTMT, MDB və ŞƏT arasında əməkdaşlığa dair Təhlükəsizlik Şurasının debatı iyulun 19-da baş tutacaq. 

Töhfə Səmədova

tag: Rusiya, BMT, KTMT, Sergey Lavrov, todaypress.az,