Lavrov: "BMT Katibliyi neytral mövqe tutmalıdır"

Dünya

25.09.2024 09:01

Birləşmiş Millətlər Təşkilatının (BMT) Katibliyi istənilən məsələdə neytral mövqe tutmalıdır.

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

O qeyd edib ki, dünya təşkilatının keçmiş baş katibləri BMT Katibliyinin ənənələrinin formalaşmasına mühüm töhfə veriblər.

Lavrov yeni katibləri onlardan nümunə götürməyə çağırıb. 

Qeyd edək ki, sentyabrın 10-da Nyu-Yorkda BMT  Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Rusiya nümayəndə heyətinə Sergey Lavrov başçılıq edir. Sentyabrın 28-də onun sessiyada çıxışı  gözlənilir.

Günəş Mərd

tag: BMT, Nyu-York, Rusiya, Sergey Lavrov, Baş Katib, todaypress.az,