Lavrov Baydeni “kolossal səhv”də ittiham etdi
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı tutduğu mövqeyi “kolossal səhv” adlandırıb.
TodayPress xəbər verir ki, Lavrov bu fikirləri “Birinci Kanal”a verdiyi müsahibədə səsləndirib.
Diplomatın sözlərinə görə, Bayden administrasiyası Rusiyanın narahatlıqlarını nəzərə almadan Ukraynanın alyansa daxil olmasını israrla dəstəkləməklə strateji səhvə yol verib.
“Bayden Rusiyanı və bizim mövqeyimizi dinləməkdən imtina etməklə kolossal səhv etdi. O, Ukraynanın NATO-ya daxil olacağını israrla bildirirdi” deyə Lavrov vurğulayıb.
Qiymət Mahir
tag: Rusiya,Lavrov,ABŞ,Bayden,Todaypress.az,