Lavrov Almaniyanın “Şimal axını” ilə bağlı mövqeyindən danışdı
Dünya
04.11.2024 13:00
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın “Şimal axını”nın məhv edilməsi ilə bağlı mövqeyindən danışıb.
TodayPress xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Lavrov təəssüflə bildirib ki, bir çox Avropa ölkələrinin hakim elitaları çoxqütblü dünyada gələcək görmürlər və xarici hegemondan xilas olmağa çalışırlar.
“Almaniya hökuməti “Şimal axını” qaz kəmərlərinin alman iqtisadiyyatının və alman xalqının əsas maraqlarına zərər verərək alçaldıcı şəkildə məhv edilməsini biabırçı şəkildə qəbul edib” deyə o vurğulayıb.
Töhfə Səməd
tag: Rusiya, Xarici İşlər Naziri, Lavrov, Şimal Axını, Avropa, todaypress.az,