Lavrov ABŞ-yə xəbərdarlıq etdi
Dünya
28.07.2024 09:14
“Amerika nüvə silahlarının Cənub-Şərqi Asiya (SEA) ölkələrinin ərazisində yerləşdirilməsi bu regionun təhlükəsizliyi üçün risklər yaradacaq”.
TodayPress xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, qeyd edib ki, ABŞ artıq NATO-ya üzv olan beş ölkəni kütləvi qırğın silahları ilə təchiz edib. Eyni zamanda, Vaşinqtonda döyüş başlıqlarının digər ölkələrdə yerləşdirilməsi “birgə nüvə missiyaları” adlanır ki, burada qeyri-nüvə ölkələrinin hərbi personalı müvafiq silahlardan istifadə etmək və çatdırmaq üçün təlim keçə bilər.
"Əgər riskli təcrübə Cənub-Şərqi Asiyaya qaytarılarsa, məncə, bu, heç kimin vəziyyətini yaxşılaşdırmayacaq, daha çox risk olacaq” deyə Lavrov əlavə edib.
Günəş Mərd
tag: Rusiya, NATO, Müharibə, todaypress.az,nüvə ,silah,