Lavrov: ABŞ Yaxın Şərqdə vasitəçilik səylərini inhisara almaq istəyir
Dünya
29.09.2024 00:48
Birləşmiş Ştatlar Yaxın Şərqdə vasitəçilik
səylərini inhisara almaq istəyir.
TodayPress xəbər verir ki, bunu Rusiyanın xarici
işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək
səviyyəli həftəsində iştirakının yekunlarına dair açıqlamasında iddia edib.
“Amerikalılar Yaxın Şərq proseslərinə yardım üçün olan
bütün mexanizmləri bağlayıblar, ilk növbədə bu, Rusiya, ABŞ, BMT və Avropa
İttifaqının daxil olduğu beynəlxalq vasitəçilər kvartetinə aiddir. İndi görə
bilərsiniz ki, amerikalılar vasitəçilik səylərini inhisara almaq istəyirlər,
gah iordaniyalı həmkarlarımızla, gah misirli, gah da qətərli həmkarlarımızla
müxtəlif formatlar təşkil edirlər, amma yenə də bütün bunlara özləri rəhbərlik
etməyə çalışırlar” o bildirib.
tag: Lavrov,Rusiya, BMT,Avropa, todaypress.az,