Lavrov: "ABŞ Ukraynada ərazi güzəştlərinə getməyə hazırlaşır"

Dünya

17.02.2025 19:40

“ABŞ-də Ukrayna məsələsində ərazi güzəştləri mövzusu səslənməyə başlayıb”. 

TodayPress xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Serbiyanın Xarici İşlər naziri Marko Curiçlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib. 

“Amerika nümayəndələri Ukrayna böhranına necə yanaşmalı olduqlarını müzakirə edirlər və onlardan hansının Ukrayna cəbhəsində Vaşinqton administrasiyası adından danışmaq səlahiyyətinə sahib olacağı hələ də bəlli deyil” deyə Lavrov qeyd edib. 

Aysel Mətləb

tag: ABŞ,Ukrayna,Rusiya,XİN,Sergey Lavrov,Marko Curiç,todaypress.az,