Lavrov ABŞ-ni iddiham etdi
Dünya
07.07.2024 16:34
“Vaşinqtonun
Kiyevin hədəfə alınmasında və peyklərdən məlumatların ötürülməsində birbaşa
iştirakı olmasaydı, Ukrayna Silahlı Qüvvələrinin raketləri Rusiya regionlarını
vura bilməzdi”.
TodayPress
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə
müsahibəsində deyib.
Lavrov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-nin Kiyevə verdiyi ATACMS və digər uzaqməsafəli silahların işləmə prinsipini ətraflı izah edib.
“Hərbi
işləri başa düşən hər bir texniki savadlı insan üçün aydındır ki, ABŞ-ın peyklərin
hədəfə alınması və məlumatların hazırlanmasında birbaşa iştirakı olmasaydı, bu
raketlər heç yerə uçmazdı” deyə xarici işlər naziri bildirib.
Töhfə
Səməd
tag: Sergey Lavrov,Rusiya, Ukrayna, Atəş, todaypress.az,